"Səbail" baş məşqçisi Şahin Diniyevlə müqavilə müddətini uzadıb.
57 yaşlı mütəxəssis daha bir il Bakı təmsilçisini çalışdıracaq. Qeyd edək ki, Ş.Diniyev 2022-ci ildən "Səbail"in baş məşqçisidir. Komanda Premyer Liqada son mövsümü 42 xalla 7-ci pillədə başa vurub.